Bakının Yasamal rayonunda “xruşovka”ların mərhələli şəkildə söküntüsünə başlanılıb.

Hazırda A.M.Şərifzadə və İ.Talıblı küçələrinin kəsişməsində yerləşən beşmərtəbəli binalardan birində söküntü işi aparılır.

Yasamal Rayon İcra Hakimiyyətinin baş memarı Eyvaz Bağırov Trend-ə açıqlamasında bildirib ki, mərhələli şəkildə həmin ərazidəki bir neçə bina söküləcək.

“Layihə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təsdiqlənib. Söküntü işini “SmartDom” MMC şirkəti aparır. Pilot layihə deyil”, – deyə o əlavə edib.