GündəmİqtisadiyyatManşetSiyasətXəbər xətti

Deputat bu sahələr üzrə maaşların artırılmasını təklif edib

Deputat partiyalara ayrılan vəsaitin bölgüsündən şikayətlənib, polis və FHN əməkdaşlarının maaşının artırılmasını təklif edib

“Siyasi partiyalara ayrılan vəsait çox ədalətsiz bölüşdürülür, vəsait daha çox hakim partiyaya çatır”.
APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrin və İntizam komissiyasının birgə iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri müavini Qüdrət Həsənquliyev bildirib.
Q. Həsənuqlyiev deyib ki, dövlət büdcəsindən ayrılan vəsait partiyaların deputatlarının sayına görə partiyalar arasında bölüşdürülür: “Əslində, azlıqda olan partiyalara daha çox vəsait ayrılmalıdır. Eyni zamanda dövlət büdcəsində QHT üçün nəzərdə tutulan vəsaitlərin də artırılmasına ehtiyac var”.
Deputat qeyd edib ki, polislərdən aşağı zabit heyətinin maaşının da iki dəfə artırılmasına ehtiyac var: “Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının da maaşı artırılmalıdır, onların maaşı aşağıdır. Qlobal iqlim dəyişmələri, yanğınların artması təhlükəsini nəzərə alsaq, FHN üçün yeni təyyarələrin və vertolyotların alınmasına da ehtiyac var”.