Sumqayıt Texnologiyalar Parkında baş vermiş partlayışın səbəbi açıqlandı
Sumqayıt Texnologiyalar Parkı (STP)-AH MMC baş vermiş partlayışla bağlı rəsmi açıqlama yayıb.Açıqlamada deyilir: “İlkin araşdırmalar göstərir ki, hadisə zamanı texnoloji proses təlimata uyğun aparılıb, həmçinin avadanlıqlar saz vəziyyətdə olub. Hadisəyə ərimə prosesində metal tullantıların arasında, və ya içərisində olan yad cisimlərin səbəb olduğu ehtimal olunur. Belə ki, ərimə prosesi zamanı müxtəlif bərk və ya maye halında olan kimyəvi maddələrin bir-biri ilə reaksiyaya girməsinin nəticəsində yaranan təzyiqli qaz partlayışa səbəb olub. Partlayış yanğına və avadanlığın sıradan çıxmasına səbəb olmasa da güclü səsə və hava dalğasına səbəb olub”.