Azərbaycana gətirilən bəzi hibrid avtomobillər ƏDV-dən azad edilir
Azərbaycana idxal edilən bir sıra hibrid avtomobillərin idxalı və satışı vergidən azad edilir.
Trend-in məlumatına görə, bu barədə məsələ Vergilər Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb.
Belə ki, məcəlləyə təklif edilən dəyişikliyə əsasən, istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışı üçün 2022-ci il yanvarın 1-dən 3 il müddətinə ƏDV tutulmayacaq.
Bundan əlavə, elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalı üçün 2022-ci il yanvarın 1-dən 3 il müddətinə ƏDV tutulmayacaq.