Bu avtomobillərə görə aksiz dərəcələri artırılır
Mühərrikinin həcmi 3000 kubsantimetrdən çox və istehsal tarixi 3 ildən artıq olan minik avtomobillərinə görə aksiz dərəcələri artırılır.
Trend-in məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Məcəlləyə təklif edilən dəyişikliyə əsasən, mühərrikin həcmi 3000 kubsantimetrdən çox və istehsal tarixi 3 ildən artıq olan minik avtomobillərinə görə aksiz dərəcəsi aşağıdakı kimi olacaq:
Vergitutma obyektinin adı | Aksizin dərəcəsi |
– mühərrikin həcmi 4000 kubsantimetrədək olduqda
– mühərrikin həcmi 5000 kubsantimetrədək olduqda – mühərrikin həcmi 5000 kubsantimetrdən çox olduqda |
5600 manat + mühərrikin həcminin 3001-4000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 15 manat
20600 manat + mühərrikin həcminin 4001-5000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 40 manat 60600 manat + mühərrikin həcminin 5000 kubsantimetrdən çox hissəsi üçün hər kubsantimetrə görə – 80 manat |
Hazırki məcəllədə isə vergi dərəcələri aşağıdakı kimidir:
Vergitutma obyektinin adı | Aksizin dərəcəsi
|
Minik avtomobilləri: | |
– mühərrikin həcmi 2000 kubsantimetrədək olduqda | Mühərrikin həcminin hər kubsantimetrinə görə – 0, 30 manat |
– mühərrikin həcmi 3000 kubsantimetrədək olduqda | 600 manat + mühərrikin həcminin 2001- 3000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 5 manat |
– mühərrikin həcmi 4000 kubsantimetrədək olduqda | 5600 manat + mühərrikin həcminin 3001- 4000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 13 manat |
– mühərrikin həcmi 5000 kubsantimetrədək olduqda | 18600 manat + mühərrikin həcminin 4001-5000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 35 manat |
– mühərrikin həcmi 5000 kubsantimetrdən çox olduqda | 53600 manat + mühərrikin həcminin 5000 kubsantimetrdən çox hissəsi üçün hər kubsantimetrə görə – 70 manat |
İstirahət və ya idman üçün yaxtalar və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələr | Mühərrikin həcminin hər kubsantimetrinə görə – 6 manat |