Vərəm Əleyhinə QHT Koalisiyasının üzvləri Gəncədə terror qurbanlarını anıblar
17 oktyabr tarixində “Azərbaycan Vərəm Əleyhinə QHT Koalisiyası” üzvləri Gəncə şəhərinə səfər edərək terror qurbanlarının xatirəsini yad edib.Bu barədə Aktor.Az-a Koalisiyanın nümayəndəsi Pərvanə Vəliyeva məlumat verib.
Vətən Müharibəsi dövründəErmənistan Silahlı Qüvvələri tərəfindən atılmış “Smerç” reaktiv yaylım atəşi nəticəsində aralarında azyaşlı uşaqlar və qadınlar olmaqla həlak olmuş və xəsarət almışdı. Mülki şəxsləri hədəf alan beşinci raket hücumu isə 17 oktyabrda baş vermişdi. Hücum nəticəsində hamısı mülki şəxslər olmaqla. 16 nəfər Şəhid olmuş, 55 nəfər isə yaralanmışdır. Mülki infrastruktur obyektləri düşmən silahlı qüvvələri tərəfindən ciddi zərər görmüşdü, münaqişə zonasından kənarda yerləşən Azərbaycan Respublikasının ikinci ən böyük şəhəri olan Gəncənin mərkəzində yerləşən yaşayış binası raket hücumuna məruz qalmışdı. Prezident İlham Əliyev Gəncə şəhərinə raket hücumunun “müharibə cinayəti” olduğunu bildirmişdi.
Koalisiya eyni zamanda ötən il Bərdə və Gəncə şəhərlərində mülki əhalini hədəfə alan cinayətlər barədə beynəlxalq qurumların aparıcı şəxslərinin şəxsi elektron poçt ünvanlarına hazırladığı bəyanatı ünvanlamışdı.
Səfərdə iştirak edən təşkilat nümayəndəsi raketin dağıtdığı ərazilərə baş çəkərək burada şüarlar səsləndirib, ingilis və azərbaycan dillərində yazılar nümayiş etdiriblər.
Qeyd edək ki, Koalisiyada “Sağlamlığa Xidmət” İctimai birliyi, Azərbaycan Qızıl Aypara Cəmiyyəti, “Vərəmsiz gələcəyə doğru” İctimai birliyi, “İnkişaf və Rifah naminə” İctimai birliyi, “İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai birliyi, “İnkişafa Doğru Qadın Təşəbbüsü” İB təmsil olunur.