GündəmManşetSiyasətXəbər xətti

Əli Həsənovun kitabı qırğız və rus dillərində çap olunub – FOTO

Qırğızstanın “Turar” nəşriyyatı Xocalı Soyqırımının anım günü ərəfəsində Azərbaycan Respublikası Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri, tarixi elmlər doktoru, professor Əli Həsənovun “Xocalı soyqırımı” kitabını qırğız və rus dillərində çap etmişdir.

 

Aktor.Az xəbər verir ki, dünyanın müxtəlif dillərində nəşr edilmiş kitabda son iki əsrdə azərbaycanlılara qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti təhlil edilir. XX əsrin 80-ci illərinin ikinci yarısından başlayaraq Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və işğalçılıq siyasəti, o cümlədən 1988-1993-cü illərdə azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasəti elmi mənbələrə əsasən araşdırılır, xüsusilə, XX əsrin sonunda ermənilərin Xocalıda törətdikləri soyqırımı aktı bütün insanlığa və bəşəriyyətə qarşı yönəldilmişdiş ən ağır cinayətlərdən biri kimi qiymətləndirilir.

 

Kitabda 1992-ci il fevralın 26-da Ermənistan silahlı qüvvələri tərəfindən şəhərin işğalı zamanı həyata keçirilən cinayətlər, xüsusilə dinc əhaliyə qarşı törədilən vandalizm aktları xarici mənbələrə əsasən geniş təhlil edilir. Xocalı soyqırımının dünyaya çatdırılması, ona siyasi-hüquqi qiymət verilməsi istiqamətində görülən işlər, eləcə də Xocalı faciəsinin beynəlxalq aləmdə soyqırımı aktı kimi tanınması məsələləri geniş tədqiq edilir. Xüsusilə, kitabda Xocalı soyqırımının tanınması ilə bağlı qəbul edilən sənədlər müxtəlif dillərdə verilmişdir. Kitab xarici siyasət məsələləri ilə məşğul olan mütəxəssislər, geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuşdur.

 

“Tarixdə görünməmiş müsibət” adlı ön sözündə Azərbaycan Respublikasının Qırğız Respublikasında fövqəladə və səlahiyyətli səfiri Hidayət Orucov qeyd edib ki, Əli Həsənov uzun müddət ictimai-siyasi fəaliyyətlə məşğul olan, elmlər doktoru, professor, siyasətə, geosiyasətə, beynəlxalq münasibətlərə həsr olunmuş müxtəlif əsərlərin müəllifidir.

 

Bu kitab Dağlıq Qarabağ münaqişənin ən qanlı müsibətlərinə həsr olunmuşdur. Qeyd olunur ki, Xocalı soyqırımı XX əsrin digər dəhşətli müsibətlərin – Xatın, Xirosima, Naqasaki və Sonqmi ilə bir sırada öz yerini tutmuşdur.

 

Ön sözdə deyilir ki, ermənilərin Azərbaycanın tarixi ərazilərinə qarşı iddialar hələ 1918-1920-ci illərdən başlanmış, İrəvan xanlığı və Zəngəzur məhəlləsində yaşayan azərbaycanlılara qarşı soyqırımı törədilmişdir. Ermənilərin Azərbaycana qarşı ərazi iddialarının yeni mərhələsi 1988-ci ilin fevral ayından başlanmışdır. Onlar Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsinin Ermənistana birləşdirilməsi qeyri-qanuni tələblərə ilə çıxış etmiş, bu tələblər Ermənistan SSRİ-nin rəhbərliyi tərəfindən açıq aydın dəstəklənmişdir. 1988-1989-ci illərdə azərbaycanlılara qarşı törədilmiş deportasiya nəticəsində 214 nəfər soydaşımız öldürmüş, onlardan vəhşicəsinə döyülərək – 127 nəfər.

 

Deyilir ki, 1992-1993-cü illərdə Dağlıq Qarabağ və ona bitişik olan yeddi rayon, yəni Azərbaycan ərazisinin 20%-i işğal olmuşdur. Bunun nəticəsində bir milyondan nəfər vətəndaş qaçqın və məcburi köçkün həyatına məruz qalmışlar.

 

Xocalı soyqırımı öz inanılmaz qəddarlıq və qeyri-insani zorakılıq metodları ilə bəşəriyyətin tarixində vəhşilik akt kimi öz yerini tutmuşdur.

 

Ön sözdə deyilir ki, ermənilər tərəfindən törədilmiş bu cür dəhşətli cinayətlər cəzasız qalmamalıdır. Bəşəriyyət, beynəlxalq təşkilatlar, dünya dövlətlərin parlamentləri Xocalı soyqırımına beynəlxalq, siyasi-hüquq qiymət verməlidir, Ermənistanın hərbi-siyasi təcavüzü dünya ictimai tərəfindən qınanılmalı və bu cür cinayətlər dünyanın heç bir yerində təkrarlanmamalıdır.

 

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya Ədalət” adı altında möhtəşəm kompaniyası cinayətkarları məsuliyyətə cəlb etmək üçün dünyanın bütün qüvvələrini səfərbər edir. Qeyd olunur ki, hadisələrdən 26 il keçməsinə baxmayaraq, Xocalıda soyqırımı törədənlər hələ də məsuliyyətə cəlb olunmamışlar. Bu cür cəzasızlıq regionda sülhün əldə edilməsi və ədalətin bərpası üçün əsas mane olan faktordur.

 

İndi də Ermənistanın hərbi qüvvələri gündəlik atəşkəs rejimini pozaraq, vaxtaşırı Azərbaycan Respublikasının dinc əhalisi və dinc obyektləri gülləboran edərlər. Bu gülləboran uşaq, qadın və yaşlı insanların ölümünə səbəb olur.

 

Kitabın müəllifin əsas məqsədi soyqırımın dəhşətlərini dünya ictimaiyyətinə çatdırmaq və bütün bəşəriyyəti zorakılığa qarşı mübarizədə birləşdirərək, cinayət törədənləri məsuliyyətə cəlb edilməsi olmuşdur.

 

Kitabın fotoalbom hissəsində Xocalı soyqırımını bəhs edən dəhşətli fotoşəkilləri, soyqırımın anım mərasiminin fotoşəkilləri və Ermənistanın işğal edilmiş ərazilərimizin xəritərləri öz əksini tapmışdır.

 

Əsəri qırğız dilinə Bekten Dıykanbay çevirmişdir.