“Memar Əcəmi”də bıçaqlanma
Bakıda “Memar Əcəmi” metrostansiyasının yaxınlığında bir neçə nəfərin iştirakı ilə dava olub. Dava zamanı 23 yaşlı Bədəlov Əlimurad Əlövsət oğlu bıçaq xəsarətləri alıb. Yaralı təcili tibbi yardım ilə xəstəxanaya çatdırılıb. Onun bədənində 3 ədəd kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb.Faktla bağlı araşdırma aparılır.