Bu günə qədər 357 yeniyetmə vaksinasiya olunub
Bu günə qədər 357 yeniyetmə koronavirusa qarşı vaksinasiya olunub.
Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.
Məlumatda bildirilir ki, onlar arasında hər hansı ağırlaşma, yaxud fəsad qeydə alınmayıb:
“Qeyd edək ki, yeniyetmələrin vaksinasiyası mərkəzləşdirilmiş şəkildə Bakı Sağlamlıq Mərkəzində aparılır. Bildiririk ki, yeniyetmələr yalnız tibbi göstəriş olduğu halda və hər iki valideyinin razılığı ilə peyvənd oluna bilərlər”.
Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurasının qərarına əsasən ötən həftədən 12-18 yaşlı yeniyetmələrə COVID-19 xəstəliyi əleyhinə mRNT Pfizer (“Comirnaty”) peyvəndi vurulur.