Polad Bülbüloğlunun keçmiş həyat yoldaşı vəfat etdi — FOTO
Bu barədə rusiyalı tənqidçi Andrey Plaxov məlumat verib.
“Həyatının 89-cu ilində görkəmli opera müğənnisi Bela Andreyevna Rudenko vəfat edib”, – deyə o, “Facebook”da yazıb.
Qeyd edək ki, B.Rudenko Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun keçmiş həyat yoldaşı olub.
Bela Rudenko 18 avqust 1933-cü ildə Ukraynada anadan olub.1956-cı ildə Odessa Konservatoriyasını bitirib, elə həmin ildə Odessa Opera və Balet Teatrında səhnəyə çıxıb. Müğənni Fransa, Böyük Britaniya, İtaliya, İsveç, Yaponiya, Kanada, ABŞ-da opera teatrlarında çıxış edib, SSRİ-də və xaricdə konsert proqramlarını ifa edib.
1960-cı ildə SSRİ xalq artisti kimi tanınıb. 1992-ci ildə solo karyerasını başa vurub və Rusiyada “Bolşoy Teatr”ın İnkişaf Fondunun rəhbəri olub. 1977–2017-ci illərdə Rudenko P.İ. Çaykovski adına Moskva Dövlət Konservatoriyasında dərs deyib./Demokrat.az