Parlament Zəfər Günü ilə bağlı bəyanat qəbul edəcək
Azərbaycan Milli Məclisi 8 noyabr – Zəfər Gününün birinci ildönümü ilə bağlı bəyanat qəbul edəcək.
Bunu “Report”a açıqlamasında parlament Aparatının rəhbəri Səfa Mirzəyev deyib.
Qeyd edək ki, ötən ilin dekabrın 3-də Prezident İlham Əliyev “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” Sərəncam imzalayıb.