Partiya sədrləri Şuşadadır
Azərbaycanda fəaliyyət göstərən siyasi partiya rəhbərləri Şuşa şəhərindədir.
Xəbər verir ki, səfər çərçivəsində Cıdır düzü, Qala divarları, Gəncə qapısı, şəhərin simvolları olan və Ermənistan Silahlı Qüvvələrinin 1992-ci ildə Şuşanı işğal edərkən gülləbaran etdikləri Üzeyir Hacıbəyli, Xurşidbanu Natəvan və Bülbülün heykəllərini, Yuxarı və Aşağı Gövhər Ağa məscidləri ziyarət ediləcək.