Oğuzda 66 yaşlı qadın boğazını kəsdi
Oğuz rayonunda intihara cəhd hadisəsi baş verib.
“Report”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün günorta saatlarında rayonun Sincan kəndində baş verib.
Belə ki, rayon sakini 1955-ci il təvəllüdlü Almaz Abdulhüseyn qızı İsayeva bıçaqla boğazını kəsərək intihara cəhd edib. Boğazından ağır xəsarət alan 66 yaşlı A. İsayeva Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Məlumata görə A. İsayeva rayonun Xaçmaz kəndində yaşayıb. Hadisə vaxtı o, Sincan kəndinə qardaşının evinə gəlib. Onun əsəb xəstəliyindən əziyyət çəkdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.