Jirinovski 300 rusiyalı hərbiçinin öldürüldüyünü etiraf etdi – VİDEO
Rusiyada prezidentliyə namizəd, Liberal Demokratlar Partiyasının lideri Vladimir Jirinovski cümə günü 300 rusiyalı ailənin “başsız” qaldığını bildirib.
Aktor.Az xəbər verir ki, Jirinovski bu bəyanatında Suriyada ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələrinin hökumət qüvvələrinə zərbələr endirməsi zamanı baş verən hadisəni nəzərdə tutub.
Xatırladaq ki, ötən həftə “Vaqner” özəl hərbi şirkətinin bölmələrinin böyük itki verdiyi barədə məlumatlar yayılmışdı.