Rəcəbov Aronyana qalib gəlib
Teymur Rəcəbov Çempionlar Turunda Levon Aronyana qalib gəlib
Dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun final mərhələsində V turun oyunları keçirilir.
Azərbaycan təmsilçiləri də növbəti görüşlərini keçiriblər.
Teymur Rəcəbov bu turda Levon Aronyanla qarşılaşıb. Qrossmeysterimiz bu prinsipial görüşdə qələbə qazanıb. O, ağ fiqurlarla oynadığı 2-ci partiyada rəqibini məğlub edib. 4 oyunun yekununda Teymur 2,5:1,5 hesabı ilə qalib gəlib.
Şəhriyar Məmmədyarov isə turu məğlubiyyətlə başa vurub. O, Vladislav Artemyevə 1,5:2,5 hesabı ilə uduzub.
Qeyd edək ki, VI turda Rəcəbov Uesli So, Məmmədyarov Hikaru Nakamura ilə qarşılaşacaq.