GündəmManşetSiyasətXəbər xətti

Sabiq deputat Rafael Cəbrayılov həbsdə vəfat etdi

“Yeni Klinika”dan sabiq deputat Rafael Cəbrayılovun vəfatı ilə bağlı açıqlama verilib.

R.Cəbrayılov 60 saturasiya ilə xəsəxanaya daxil olub.

Lakin həkimlərin ciddi səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, o, deputat olarkən ayrı-ayrı şəxslərə torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatından keçirilməsi barədə çıxarışın alınmasında köməklik göstərəcəyi, eləcə də digər məqsədlərlə yalan vədlər verərək 11 nəfər şəxsin ümumilikdə 2 milyon 571 min manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirərək mənimsəməkdə ittiham edilirdi.