“Bəlkə, əraziyə gəlib, tədbir görəsiniz?” – Binəqədi Rayon İcra Hakimiyyətinə MÜRACİƏT
“Biləcəri qəsəbəsi Məmməd Səid Ordubadi küçəsində yaşadığımız ərazidən keçən çirkab suları ilə dolu kanalı ləğv etdirdikdən sonra indi də başqa bir problem ortaya çıxıb”
Bu barədə ictimi fəal Zaur Əkbər “facebook” hesabında paylaşım edib:
“Biləcəri yolundan keçən, illərlə ayrı xətti olan kanalizasiya sistemini hansisa axmaq açıb sakinlərə aid olan kanalizasiya sisteminə birləşdirib. Nəticədə də, sakinlərin gündəlik istifadə etdiyi yol tamamən yarasız hala gəlib. Məsələ ilə bağlı bir neçə saat əvvəl Azərsu Açıq Səhmdar Cəmiyyəti və Binəqədi Rayonu İcra Hakimiyyətini xəbərdar etsəm də, heç bir tədbir görülməyib.
Ay adamlar, bəlkə bir yerinizi tərpədib əraziyə gəlib, tədbir görəsiniz?”