Azay Quliyevdən prezidentin çağırışına dəstək
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının tezliklə elan edəcəyi 2-ci qrant müsabiqəsinin əsas mövzularından biri XX əsrin əvvəllərində itirilmiş torpaqlarımızın (Göyçə, Zəngəzur, İrəvan) tarixinin, toponimikasının, mətbəxinin və mədəniyyətinin öyrənilməsinə və təbliğinə həsr olunacaq.
Aktor.Az-ın məlumatına görə, bu barədə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev özünün “Twitter” səhifəsində yazıb.
Şura sədri qeyd edib: “QHT-lərə Dövlət Dəstəyi Şurasının tezliklə elan edəcəyi 2-ci qrant müsabiqəsinin əsas mövzularından biri XX əsrin əvvəllərində itirilmiş torpaqlarımızın (Göyçə, Zəngəzur, İrəvan) tarixinin, toponimikasının, mətbəxinin və mədəniyyətinin öyrənilməsinə və təbliğinə həsr olunacaq”.