Elnur Əşrəfoğlu ECMO-ya qoşuldu
Koronavirusa yoluxan Azərbaycan Cüdo Federasiyasının (ACF) baş katibinin müavini, tanınmış idman şərhçisi Elnur Əşrəfoğlunun son durumu açıqlanıb.
Jurnalistin müalicə aldığı “Yeni Klinika”dan “Report”a bildirilib ki, E.Əşrəfoğlunun vəziyyəti kritik olaraq qalmaqdadır.
“Agciyər göstəricilərində müsbətə doğru dəyişikliklər olmadığı üçün ECMO-ya qoşulub”, – deyə klinikadan məlumat verilib.
Qeyd edək ki, Elnur Əşrəfoğlu sentyabrın əvvəllərində koronavirusa yoluxub. Əvvəlcə ev şəraitində müalicə alan həmkarımız daha sonra “Yeni Klinika”ya köçürülüb.