GündəmManşetMədəniyyətXəbər xətti

Şuşa 2023-ci ildə türk dünyasının mədəniyyət paytaxtı olsun – Nazir

-Mədəniyyət naziri Anar Kərimov Özbəkistanın Xiva şəhərində nazirlərin 38-ci iclasında Şuşanın 2023-ci ildə “Türk dünyasının mədəniyyət paytaxtı”na namizədliyini təqdim edib.Bu barədə A.Kərimov özünün rəsmi tvitter səhifəsində paylaşım edib.”Özbəkistanın Xiva şəhərində nazirlərin 38-ci iclasında iştirak etdim və ölkəmizin təşkilatla əməkdaşlığından, Qarabağda tarixi-mədəni abidələrin dağıdılmasından və Vətən müharibəsindən danışdım”, – nazir vurğulayıb.