GündəmManşetSiyasətXəbər xətti

Hikmət Hacıyevlə İran səfirinin bu həftə ikinci görüşü

Bu həftə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə İranın Azərbaycandakı səfiri arasında ikinci dəfə görüş baş tutub.

Bunu İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi “Twitter” səhifəsində yazıb.

Səfirin sözlərinə görə, Azərbaycan və İranın ikitərəfli münasibətlərinin inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb:

“Görüşdə ikitərəfli münasibətlərin mövcud vəziyyəti, mövcud problemlər, iki ölkə münasibətlərinin möhkəmləndirilməsi haqqında məsləhətləşmələr və fikir mübadiləsi aparılıb”.