GündəmManşetXəbər xətti

3 nəfərin ölümünə səbəb olan şəxs saxlanıldı

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində yol-nəqliyyat hadisəsi törətməklə 3 nəfərin ölümünə səbəb olan və istintaqdan yayındığı üçün barəsində axtarış elan edilən şəxs saxlanılıb.DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, mayın 5-də Qəbələ rayonu Savalan kəndi ərazisində Tərlan Eyyubovun idarə etdiyi “Mercedes” və Nəsib Yusifovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillərin toqquşması nəticəsində sonuncu nəqliyyat vasitəsinin sürücüsü və 2 sərnişini həyatını itirib, digər 3 sərnişini isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.Faktla bağlı cinayət işi başlanılıb, zəruri ekspertizalar təyin olunub.