GündəmManşetSiyasətXəbər xətti

Fuad Hüseynzadə: İndi növbə bizimdir

“Harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı üçün iftixar rəmzinə çevrilən Şuşa dağ başında şəhər olaraq dünya üçün hələ kəşf olunmamış möhtəşəm məkandır. 44 günlük Vətən müharibəsi zamanı ordumuzun misilsiz şücaəti nəticəsində işğaldan azad olunan Şuşamız bu gün yeni inkişaf mərhələsinə qədəm qoyub. Prezident İlham Əliyevin göstərişi və rəhbərliyi ilə bərpa-quruculuq işləri aparılaraq, Şuşanın tarixi siması özünə qaytarılır. Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa aparılan bu quruculuq-bərpa işlərindən sonra həm də ölkəmizin dünyaya açılan turizm qapısı olacaq.”

Bunu Bayraqdar.info-ya özəl açıqlamasında Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə deyib.

Ötən həftə Şuşaya səfər edən QHT nümayəndələri arasında olan F.Hüseynzadə bu səfərin onda xoş təəssürat yaratdığını bildirib.

QHT sədri eyni zamanda Şuşaya, o cümlədən işğaldan azad olunmuş digər rayonlara səfər edənlərə bir çağırış da edib: “Bildiyiniz kimi artıq dövlətin ayrı-ayrı qurumları tərəfindən Şuşaya səfərlər təşkil olunur. Bu, dövlət tərəfindən atılan çox müsbət və alqışalayiq addımdır. Lakin gərək həmin səfərlər zamanı Şuşanı, o cümlədən işğaldan azad edilmiş digər ərazilərimizi görmək xoşbəxtliyi yaşayan hər bir azərbaycanlı bir şeyi unutmamalıdır. Bu da həmin səfərlərin iştirakçılarının mənəvi vəzifəsi və məsuliyyətidir. Fikrimi bir qədər də açıq ifadə etmək istəyirəm. 44 günlük Vətən müharibəsində cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu öz üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəldi. Torpaqlarımız düşmən işğalından azad olundu. Eyni zamanda vurğuladığım kimi müharibədən sonra müvafiq dövlət qurumları azad olunmuş ərazilərə səfərlər təşkil edərək, bu sahədə üzərlərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlirlər. Deməli, indi növbə bizimdir. Yəni, işğaldan azad edilmiş ərazilərə səfər edən hər bir azərbaycanlı bu vəzifənin məsuliyyətini lazmi şəkildə dərk etməlidir. İstər jurnalistlər, istər QHT nümayəndələri, istər diaspor üzvləri, ümumiyyətlə, hər bir soydaşımız Şuşada, o cümlədən işğaldan azad olunan digər rayonlarda Ermənistanın törətdiyi müharibə cinayətləri barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması işində ön sırada getməlidir”.

“Yeri gəlmişkən, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə sentyabrın 12-də bir qrup QHT təmsilçisinin Şuşa səfərində biz də iştirak etdik. Səfər təəssüratlarımızla bağlı bir neçə xarici KİV-ə məqalə yazıb göndərmişik. Yaxın günlərdə bu yazılar xarici mediada yayımlanacaq”, – deyə F.Hüseynzadə sonda əlavə edib.

 

buy office 2019 pro