Bakıda Türk Şurasının iqtisadiyyat nazirlərinin 10-cu iclası keçirilir
Türk Şurasının iqtisadiyyat nazirlərinin 10-cu iclası bu dəfə Bakıda keçirilir.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “twitter” hesabında yazıb.
“Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası regional əlaqələrin inkişafı baxımından perspektivli əməkdaşlıq müstəvisidir. Türk Şurasının iqtisadiyyat nazirlərinin 10-cu iclası bu dəfə Bakı-da keçirilir” – deyə paylaşımda bildirilib.
Qeyd edək ki, Bakıda keçirilən Türk Şurası ölkələrinin iqtisadiyyat nazirlərinin 10-cu iclasında türk dövlətlərinin rəsmi nümayəndələri, o cümlədən Türkiyənin ticarət naziri Mehmet Muş, Türk Şurasının baş katibi Baqdad Amreyev, Qazaxıstanın ticarət və inteqrasiya naziri Baxıt Sultanov, Qırğızıstanın iqtisadiyyat və maliyyə naziri Akılbek Japarov, Özbəkistanın investisiyalar və xarici ticarət nazirinin müavini Badrıddin Abidov, Macarıstanın xarici işlər və xarici ticarət naziri Peter Siyarto iştirak edir.