Sabirabadda ana, oğlu və qızı bıçaqlandı
Sabirabadda ana, oğlu və qızı bıçaqlanıb. “Report”un məlumatına görə, hadisə Kürkəndi kəndində qeydə alınıb.Belə ki, 1986-cı il təvəllüdlü Zərbəliyev İlkin Əlifağa oğlu, anası, 1946-cı il təvəllüdlü Zərbəliyeva Gülzar Nuru qızı və G.Zərbəliyevanın qızı, 1987-ci il təvəllüdlü Tarverdiyeva Hilalə Əlifağa qızı çoxsaylı bıçaq xəsarətləri alıblar.Hadisəni törətməkdə rayonun Məmişər kənd sakini, G.Zərbəliyevanın həyat yoldaşı, 1987-ci il təvəllüdlü Ramil Tarverdiyev şübhəli bilinir. O, polis əməkdaşları tərəfindən saxlanılıb.Faktla bağlı araşdırma aparılır.