Millət vəkili Şahin Seyidzadə hesabat verdi – FOTOLAR
Hörmətli seçicilər və media nümayəndələri,
2021-ci il Payız sessiyasının başlanmasına çox az müddət az qalıb.
Geridə qoyduğumuz 2020-ci il və 2021-ci ilin Yaz sessiyasını əhatə edən dövr ərzində sizlərlə sıx ünsiyyətdə və daima əlaqədə olduq.
Bu müddət ərzində fəaliyyətimizi vətəndaşlara xidmət göstərilməsi, qanunvericiliyin təkmilləşdirilməsi, Azərbaycan Respublikasının davamlı və dayanıqlı inkişafına dəstək verilməsinə yönəltdik.
2020-ci il və 2021-ci il Yaz sessiyası dövrü ərzində Milli Məclisin deputatı olaraq vətəndaşlarla iş istiqamətində:
– açıq münasibət,
-əlçatan ünsiyyət,
– problemlərin nəticəyönümlü həlli
prinsipləri fəaliyyətimizin əsasını təşkil etmişdir.
Bu müddət ərzində, 50 saylı Abşeron Qobustan dairəsi üzrə vətəndaşlar tərəfindən ünvanıma 1216 müraciət daxil olmuşdur ki, bunlardan 80.7%-i icra olunmuş, 11.5% qanunvericiliyin tələblərinə cavab verməmiş, 7.8%-i ilə bağlı icra prosesinin davam etdirilməkdədir.
Əziz seçicilər, geridə qalan müddət ərzində fərdi, kənd, qəsəbə, şəhər, Abşeron və Qobustan rayonları, ümumilikdə ölkə ilə bağlı qaldırılan məsələlərə dair addımlar atılmışdır.
2020-ci il və 2021-ci il Yaz sessiyası dövrü üçün olan hesabatı Sizlərə təqdim edərək, bu müddət ərzində olan hərbir müraciət sahibinə hesabatın göndərilməsini planlaşdırdığımızı diqqətinizə çatdırırıq.
Bu dövr ərzində vətəndaşlar tərəfindən ünvanlanan müraciətlərin araşdırılaraq, səlahiyyət və qanunvericiliyin imkanları çərçivəsində həlli istiqamətində köməklik göstərmiş bütün #dövlət#qurumlarına, fəaliyyətimizin işıqlandırılmasında daima dəstək verən media nümayəndələrinə öz təşəkkürümü bildirirəm!
Dərin hörmətlə,
Şahin Seyidzadə
50 saylı Abşeron-Qobustan seçki dairəsi üzrə
Azərbaycan Respublikası Milli Məclisinin deputatı
#seyidzade50 #MilliMəclis #ŞahinSeyidzadə #FəaliyyətHesabat #Hesabat #Qobustan #Absheron