GündəmManşetSağlıqSosialXəbər xətti

Azərbaycanda dörd aylıq uşaq koronavirusa yoluxdu — VİDEO

Son günlər uşaqlar arasında koronavirusa  yoluxmalar müşahidə olunur. Yoluxanların ən kiçiyi 4 aylıqdır  , ən böyüyünün  isə 16 yaşı var. Uşaqlarda koronavirus müxtəlif simptomlarla görülə bilər. Bəzilərində klinik əlamətlər olmasa da, bəzilərində kəskin yuxarı tənəffüs yollarının infeksiyası simptomları ola bilər. Pediatr valideynlərə xəbərdarlıq edib.

Uşaqlar arasında da  koronavirusa yoluxanlar var.  Ən kiçiyi 4 aylıq , ən böyüyünün  isə 16 yaşı var.
Pediatr Gülnarə Salahova deyir ki, son zamanlar uşaqlarda  koronavirusun  mənfi təsirləndikləri müşahidə olunur.Müayinədən sonra məlum olur ki, uşaqların test nəticəsi pozitivdir. Azyaşlılarda koronavirus müxtəlif simptomlarla görülə bilər.

Pediatr bildirib ki, aşağı yaş kateqoriyasından olan uşaqlarda yoluxma daha çox valideynlərdən keçir. Yalnız valideynlərin erkən müraciəti əsasında bu virusun qarşısını almaq mümkündür.
Valideynlər özlərini peyvənd olunaraq , uşaqlarını isə sanitar-gigiyenik qaydalara riayət etməklə qoruya bilərlər deyə pediatr vurğulayıb.

youtube abonnees kopen