”O məzarlıqlar tapılsın” – 29 il öncə atası Şuşada əsir düşmüş jurnalistimiz – VİDEO
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “30 avqust – Beynəlxalq Məcburi Yoxaçıxma Qurbanları (itkin düşmüş şəxslər) Günü” ilə əlaqədar onlayn konfrans keçirib.QHT-lərlə barabər Prezident Administrasiyasının məsul əməkdaşının iştirak etdiyi konfransda Ermənistanın təcavüzkar siyasəti çərçivəsində beynəlxalq humanitar hüquq prinsiplərinin kobudcasına pozulduğu, mülki və hərbi şəxslərin əsir və girov götürülməsi təcrübəsindən geniş istifadə olunduğu, əsirlərin məhv edilməsi siyasətinin sistemli həyata keçirildiyi, habelə itkin düşmüş şəxslərlə bağlı məsələnin hüquqi aspektləri barədə fikirlər səslənib.
AXC TV-nin “Azad meydan” verilişində əsir və itkin düşmüş, girov götürülmüşlərlə bağlı sualları hərbi ekspert Emin Həsənli və jurnalist Bəxtiyar Məmmədli cavablandırıb.Ətraflı videoda: