GündəmManşetMədəniyyətXəbər xətti

Uşaqpulu almadan böyüyən igidlərimiz Qarabağda şəhid oldular – Əməkdar artist

Əməkdar artist Mehriban Xanlarova uşaq pulunun verilməsini tələb edib.

Aktrisa bu barədə sosial şəbəkə hesabında yazıb:

“44 günlük Vətən Müharibəsində uşaq pulu almadan, min bir əziyyətlə böyüyən igidlərimiz qəhrəmancasına döyüşərək öz canlarını qurban verdilər. Elə bu səbəbdən uşaq pulu bərpa edilməlidir ki, valideynlər əziyyət çəkməsin. Həyat bahalı villaların pəncərəsindən göründüyü kimi deyil!”

Onun bu fikirləri sosial şəbəkə izləyiciləri tərəfindən alqışla qarşılanıb.