Ali Məhkəməyə yeni sədr təyin edildi
Qasım Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri təyin edilib.Aktor.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı fevralın 15-də sərəncam imazlayıb.
Həmin Sərəncamda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
- Qasım Vəli oğlu Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri təyin edilsin.
- Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir”.
Qeyd edək ki, Qasım Əliyev bundan əvvəl Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin sədri vəzifəsində çalışıb.