GündəmManşetSiyasətXəbər xətti

COVID pasportu olmayanlar iri obyektlərə daxil olarkən cərimələnəcəklərmi? – RƏSMİ

Vətəndaş COVID-19 pasportu olmadan girişə qadağa qoyulan obyektə daxil olarsa, hansı inzibati tədbirin görüləcək?Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev məsələ ilə bağlı bildirib ki, COVID-19 pasportu olmadan girişə qadağa qoyulan obyektə daxil olan şəxslər həmin məkandan uzaqlaşdırılacaq və həmin müəssisənin inzibatçısı barəsində qanunamüvafiq tədbirlər görüləcək. Onun sözlərinə görə, vətəndaş barəsində hər hansı tədbir görülməyəcək.