GündəmManşetSiyasətXəbər xətti

Vaqif Dərgahlı yeni vəzifəyə təyin olundu

Vaqif Dərgahlı Azərbaycan Ordusunun Baş Qərargah rəisinin Katibliyinin rəisi vəzifəsinə təyin edilib.

Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən  bildirilib ki, Müdafiə nazirinin müvafiq əmri ilə nazirliyin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı Azərbaycan Ordusunun Baş Qərargah rəisinin Katibliyinin rəisi vəzifəsinə təyin edilib.

mətbuat Xidmətinin rəisi vəzifəsi isə xidmətin rəis müavini vəzifəsinə təyin edilən polkovnik-leytenant Anar Eyvazova həvalə edilib.