İdmanManşetSiyasətXəbər xətti

Azərbaycan Tokioda üçüncü qızıl medalı qazandı

Azərbaycanın daha bir paracüdoçusu Vüqar Şirinli Tokio-2020 Yay Paralimpiya Oyunlarında qızıl medal qazanıb.

60 kq çəki dərəcəsində çıxış edən idmançımız qazaxıstanlı Anuar Sarıyevi finalda məğlub edərək,  qızıl medal qazanıb.

Qeyd edək ki, daha əvvəl qadın paracüdoçu Şəhanə Hacıyeva (48 kq) və üzgüçü Raman Saleh paralimpiya çempionu olub