Hərbçilərimizin blokadaya alınması məlumatları təxribat xarakterlidir – Elçin Mirzəbəyli
“Ermənistan mediasının Qafan meri Qorq Parsyana istinadən yaydığı məlumata görə, Qafan-Gorus yolunun Azərbaycan ərazisindən keçən hissəsinin açılması ilə bağlı aparılan üçtərəfli danışıqlar dünən gecə saatlarında başa çatıb və nəticəsiz qalıb. Qorq Pasyan Ermənistan üçün həyati əhəmiyyət daşıyan yolun nə zaman açılacağı barədə şərh verməyib”.
Bu sözləri siyasi şərhçi Elçin Mirzəbəyli deyib.Onun sözlərinə görə, erməni mətbuatının Gorus-Qafqan yolunun Azərbaycan ərazisindən keçən hissəsini bağlayan və burada təhlükəsizliyi təmin edən hərbçilərimizin guya blokadaya alınması ilə bağlı məlumatlar təxribat xarakterlidir.O, bildirib ki, sözügedən yolun Azərbaycan ərazsindən keçən hissəsindəki hərbçilərin blokadaya alınması coğrafi baxımdan mümkün deyil. Çünki Gorus-Qafqan yolunun hazırda hərəkətə bağlı olan hissəsinin ətrafındakı bütün ərazilər Azərbaycana məxsusdur və Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.