GündəmManşetSosialTəhsilXəbər xətti

Övladı məktəbə gedəcək valideynlərin nəzərinə — QİYMƏTLƏR

Növbəti tədris ilinin başlamağına az bir müddət qalıb və valideynləri düşündürən əsas məsələlərdən biri məktəb ləvazimatlarının qiymətləridir.Bir uşağa forma, çanta və ləvazimatların alınması üçün minimum 90-95 manat vəsait lazımdır.

Məktəb ləvazimatlarının qiyməti belədir:

Çantalar: 18-45 manat
Dəftər: 12 qəpik – 1 manat
Dəftər-kitab üzlükləri: 20 qəpik
Sadə qələmlər: 10-30 qəpik, daha keyfiyyətliləri 1 manata qədər
Sadə karandaşlar: 10-30 qəpik
Rəngli karandaşlar: 90 qəpik – 8 manat
Pozan: 10-50 qəpik
Qələmyonan: 15 qəpik – 1 manat 20 qəpik
Xətkeş: 10-40 qəpik
Plastilin: 1-3 manat
Pərgar dəsti: 1 – 3,6 manat
Quaş: 1-4 manat
Fırça: 30-50 qəpik
Məktəbli forması: 40 və 46 manat

Qeyd edək ki, müxtəlif siniflər üzrə ləvazimatlarla bağlı tələblər arta bilər.(trend.az)