Bu müəllimlərə məhdudiyyət tətbiq olunacaq – Mehriban Vəliyeva
Əks-göstəriş sertifikatı olan müəllimlərə məhdudiyyət tətbiq olunacaq.
Bunu Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva deyib.
O bildirib ki, əgər hansısa təhsil işçisi və müəllimlər vaksinasiyadan keçiblərsə, vaksin pasportları varsa, rahat təhsilə cəlb olunacaqlar, çünki risk yaratmayacaqlar:
“Amma təhsil kütləvi olduğu üçün orada uşaqlar, aşağı yaş qrupundan olanlar daşıyıcı olduqlarına görə, biz əks göstərişli insanları mühitə buraxıb, onları risk altına ata bilmərik. Yəqin ki, burada müəyyən məhdudiyyətlər olacaq və o məhdudiyyətlər barədə fikirlər söylənəcək. Hələlik bunlar müzakirə olunur, amma ümumi qaydalar proses haqqında təsəvvür yarada bilir. Biz cari tədrisi başlamalıyıq. Hədəfimiz budur. Distant təhsil şagirdlərdə bir çox problemlər yaradır”.