“Sağlamlığa Xidmət” İB səyyar müayinələr həyata keçirir – FOTOLAR
“Sağlamlığa Xidmət İctimai Birliyi” Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin dəstəyi və razılığı ilə kafe və restoran işçilərinin ağciyərlərinin səyyar rentgen müayinəsinin aparılmasına başlamışdır. Müayinələr Yaponiya istehsalı, müasir, portativ və süni intellekt üstünlüyü olan rentgen qurğusu vasitəsilə təşkil olunur. QHT bu işi tam könüllü və ödənişsiz şəkildə həyata keçirir. Patologiya aşkar olunmuş şəxslər müvafiq dövlət səhiyyə müəssisəsi ilə əlaqələndirilərək, lazımi digər müayinələrdən keçmələri tövsiyyə olunur.
Növbəti günlərdə digər ictimai iaşə obyektlərində də kütləvi rentgen müayinələri təşkil ediləcəkdir. Bu müayinələr süni intellekt vasitəsi ilə vərəm xəstəliyinin erkən aşkarlanmasında və yoluxma sayının minimuma endirilməsində böyük rol oynayır.
Qeyd edək ki, 2021-ci ilin may ayından etibarən kütləvi müayinələrə başlayan təşkilat Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu ilə birgə vərəmin aşkarlanmasına dəstək məqsədilə Qobupark yaşayış massivi və Sumqayıt şəhərində 400-ə yaxın vətəndaşı rentgen müayinəsindən keçirmişdi.