ManşetTəhsilXəbər xətti

AzTU-nun yeni loqosu hazırlanıb – FOTO

Son dövrlərdə Azərbaycan Texniki Universitetində (AzTU) təhsilin və tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində aparılan islahatlar, həyata keçirilən yeniliklər bu ali təhsil ocağının loqosunun və saytının da beynəlxalq standartlara uyğun hazırlanmasını zəruri edib. Bu məqsədlə AzTU-nun yeni loqosu hazırlanıb.

Loqonun tərtibatında təhsil, texniki, etibarlı, standart kimi açar sözlərdən istifadə olunub.

Loqo şərti olaraq AzTU sözü kimi oxunur.

Loqonun üzərində tacı xatırladan hissə açılmış kitabın öndən görünən hissəsi kimi əks olunub. Bu da simvolun elm və təhsil mərkəzinə məxsus olduğunu bildirir. Açılmış kitab görüntüsünün ən üst hissədə yerləşməsi isə təhsilin vacibliyini ifadə edir.

 

Loqoda istifadə olunan digər elementlər də müasir dövrün texniki xarakteristikasını özündə əks etdirir.

Yeniliklər bununla bitmir. Belə ki, yaxın vaxtlarda AzTU-nun yenilənmiş saytının da istifadəyə verilməsi planlaşdırılır.

Qeyd edək ki, həm loqo, həm də saytın tərtibatı haqqında geniş məlumatlar yaxın günlərdə ictimaiyyətə açıqlanacaq.