UNEC-in professoru vəfat edib
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Zahid Məmmədov vəfat edib.
Z.Məmmədov 90 yaşında dünyasını dəyişib.
O, universitetin “Humanitar fənlər” kafedrasında məsləhətçi-professor vəzifəsində çalışırdı.
Qeyd edək ki, 1931-ci il oktyabrın 31-də Füzuli rayonunun Cuvarlı kəndində anadan olub.
Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 24 aprel tarixli 1430 nömrəli sərəncamı ilə Azərbaycan Respubilkasının “Əməkdar müəllim fəxri adı” verilib. Təhsil Nazirliyinin 02 noyabr 2006-cı il tarixli əmri ilə “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilib.(report.az)