Oqtay Gülalıyev xəstəxanadan evə buraxıldı
Hüquq müdafiəçisi Oqtay Gülalıyevin müalicəsi yenidən ev şəraitində davam etdiriləcək.
Bu barədə onun oğlu Əli Gülalıyev sosial şəbəkədə məlumat paylaşıb. Onun sözlərinə görə, atasının artıq həyati təhlükəsi yoxdur və vəziyyəti müsbətə doğru irəliləyir: “Dünən axşam artıq evə köçürüldü. Müalicəsi evdə davam etdiriləcək”.
Xatırladaq ki, O.Gülalıyev ötən il 90-PZ-543 dövlət nömrə nişanlı, “Hyundai” markalı avtomobillə vurulub. Vəziyyəti ağırlaşdığından ambulans təyyarəsi ilə Türkiyəyə göndərilib. Daha sonra isə müalicəsi ölkədə davam etdirilib.