GündəmXəbər xətti

Ağsuda güclü yanğın meşə sahəsinə keçdi

Ağsu rayonu ərazisində dünən axşam saatlarından başlayan güclü yanğın davam edir.

Rayonun Bico kəndi ərazisində davam edən yanğının miqyası daha da böyüyüb.

Ümumilikdə 1500 hektardan artıq ərazi tam yanıb. Kənd ərazisində 100 ildən artıq yaşı olan qoz, tut və digər ağaclar yanıb. Yanğın artıq kənd ərazisindəki meşə sahəsinə keçib. Hadisə yerinə Ağsu, Kürdəmir, Hacıqabul, Şamaxı və İsmayıllı rayonunun yanğınsöndürmə briqadaları cəlb edilsə də, alovun qarşısını almaq mümkün deyil. Hazırda Bico kəndi ərazisindəki meşə zolağında güclü yanğın davam edir.