“Niyə bu gün televiziyalarda maarifləndirici verlişlər çox azdır?” – VİDEO
Niyaməddin Orduxanlının aparıcı olduğu AXC TV-də “Həftənin yekunu”nun bu dəfəki qonağı əməkdar jurnalist Aynurə Vəliqızı olub.
Verlişdə həftə ərzində ölkəmizdə, beynəlxalq müstəvidə və regonda baş vermiş hadisələr müzakirə olunub. Müzakirə zamanı, qardaş Türkiyədə on gündən artıq baş vermiş meşə yanğınlarının baş vermə səbəbləri, Türkiyəyə qarşı növbəti terror təhdidi, ölkə iqtisadiyyatına turizmdən gələn böyük miqdarda maliyyə imkanlarını hədəfə almaq niyyəti, yanğın baş verən ilk gündən Azərbaycan dövlətinin Türkiyəyə yaxından dəstək verməsi və Fövqaladə Hallar Nazirliyinin yüzlərlə əsgəri, yüzlərlə texnikasının , amfibiya təyyarəsi və hərbi vertoliyotlarla yanğınla mübarizədə iştirakı, Prezidentin İlham Əliyevin Türkiyədə baş verən meşə yanğınlarını diqqətdə saxlaması, yanğının söndürülməsində iştirak edən əsgərlərimizin Türkiyədə müəyyən qüvvələr tərəfindən hədəfə alınmasının məqsədli şəkildə təşkil edilməsi, Avropa İttifaqının Türkiyədə baş verən hadisələrə layiq yanşmasının səbəbləri, 44 günlük müharibədə Ali Baş Komandanın İlham Əliyevin tarixi qələbəsi və 30 il işğalda qalan 20% torpaqlarımızın 16% geri qaytarılması, bu gün dünyada güclü erməni diasporası ilə mübarizədə informasiya müharibəsinin vacibliyi, son günlər Daxili İşlər Nazirliyinin narkotiklə mübarizədə yüksək əzimkarlığının olması, televizilarımzda ictimai siyasi yüklü maarifləndirici verlişlərin az olması və digər məsələlər haqqında müzakirə aparılıb.
Həmin verlişin videosunu təqdim edirik: