DiasporDünyaManşetSiyasətXəbər xətti

Mer vəzifəsinə enerjili gənci irəli sürəcəyik – David Kirkitadze

“Vahid Milli Hərəkat” partiyasının liderlərindən biri David Kirkitadze bu gün Marneuli bölgə təşkilatının ofisi qarşısında təşkilat üzvlərinin toplantısı barədə yerli seçkilər haqqında İPN.ge saytına açıqlama verib. GAXA-nın məlumatına görə, D. Kirkitadze bildirib ki, “Vahid Milli Hərəkat” partiyasının Marneuli bölgə təşkilatının sədri Aqil Mustafayev toplantıda təşkilat üzvlərinin yerli seçkilərə qatılmayacağını söyləyib.

Kirkitadze partiya üzvlərinin yerli seçkilərdə iştirak etməyəcəyi fikrinin yanlış olduğunu deyib: “A. Mustafayev Marneuli merliyinə namizədlərdən biri kimi yerli seçkilərdə iştirak etmək istəyini deyib, lakin seçkidə başqa namizədi dəstəkləyəcəyini bildirib.”

David Kirkitadze açıqlamasında vurğulayıb ki, “Vahid Milli Hərəkat” partiyası seçkilərdə tam aktiv olaraq iştirak edir. “Hazırda Marneuli meri vəzifəsinə namizədin kim olması müzakirə olunur. Biz Marneulidə mer vəzifəsinə enerjili gənci irəli sürəcəyik. Bu gənclər arasında A. Mustafayevin adı da ola bilərdi, lakin biz onu 2019 -cu ildə Marneuli merliyinə namizəd irəli sürdük. Əfsuslar olsun ki, o, seçkilərdə heç bir qənaətbəxş nəticəyə nail olmadı, buna görə də biz Marneulidə başqa bir namizəd hazırlayırıq. Bu istiqamətdə bir neçə şəxs sınaqdan keçirilib və onların arasında A. Mustafayev yoxdur. Bizim irəli sürəcəyimiz namizədlər Gürcüstanın bütün bələdiyyələrində hökumət namizədini mütləq məğlub edəcək insanlar olacaq. Bu gün kimin nə etdiyi və nə qədər “Milli Hərəkat”a üzv olduğu müvafiq qaynaqları və nüfuzundan deyil, reytinqi, enerjisi olanlardan irəli gəlir, buna görə də biz Marneuliyə enerjili azərbaycanlı gənci irəli sürəcəyik”, – deyə D. Kirkitadze bildirib.

Qeyd edək ki, bu gün, 7 avqust tarixində müxalif “Vahid ki, Milli Hərəkat” partiyasının üzvü A.Mustafayev Marneuli bölgə təşkilatı üzvlərinin yerli özünüidarəetmə seçkilərinə iştirak etməyəcəyini elan edib.