Gürcüstandakı soydaşlarımız Türkiyəyə yardımlara başladılar
Marneuli rayonunun Sadaxlı kəndində, Sadaxlı ərazi vahidliyinə daxil olan bir neçə kəndin sakinləri görüş keçiriblər. 24News.ge xəbər verir ki, görüşün əsas məqsədi, Türkiyədə bir neçə gündür davam edən güclü yanğından əziyyət çəkən, Türk xalqına dəstək olmaqdır. Görüşdə çıxış edən kənd ziyalıları və kəndin bələdiyyə deputatı Rövşən İskəndərov, Türkiyəyə dəstək vermək üçün əllərindən gələni edəcəklərini bildiriblər.
Qeyd edək ki, kəndin mərkəzində baş tutan görüşdən sonra, Türkiyəyə yardımların toplanılmasına başlanılıb.