Yeganə Əmiraslanova saxlanılıbmı?
Baş Prokurorluq Almaniya vətəndaşı, Azərbaycana ailəsinə baş çəkmək üçün gələn Yeganə Əmiraslanovanın saxlanılması haqda iddialara münasibət bildirib. Avropa ölkələrinə Azərbaycan vətəndaşlarının qanunsuz miqrasiyanın təşkil edilməsi ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 318-1 (qanunsuz miqrasiyanın təşkili) və digər maddələri ilə ibtidai istintaqı aparılan cinayət işi üzrə daxil olmuş məlumatların yoxlanılması üçün Əmiraslanova Yeganə Səftər qızı şahid qismində dindirilib. Yeganə Əmiraslanova istintaq qurumu tərəfindən saxlanılmayıb, ona hər hansı məzmunda ittiham verilməyib, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməyib və axtarışa verilməyib.