DiasporDünyaGündəmManşetSiyasətVideo xəbərXəbər xətti

Antalya azərbaycanlılar yadım kampaniyası keçirdi – FOTOLAR

İyul ayının ortalarında Türkiyənin müxtəlif bölgələrində çıxan meşə yanğınları, isti havanın və küləyin təsiri ilə sürətlə yayılmağa başlamışdır. Yanğının çıxdığı əsas bölgələrdən biri də, Antalyaya bağlı Manavqat rayonudur. Manavqatda baş verən meşə yanğınları az müddətdə böyük sahələri əhatə edərək yaşayış yerlərinə qədər gəlmişdir. Yanğın bölgələrindən əhalinin sürətlə təxliyyələri başlamışdır. Evləri, təsərrüfatları və bütün əşyaları yanan insanlar üçün Antalya bələdiyyələri  yardım kampanyalarına  başladılar.

Təbii olaraq Antalyada yaşayan azərbaycanlılar da, bu kampanyadan  kənarda qalmadılar və qardaşlarına yardım üçün səfərbər oldular. Həmyerlilərimizin dərnəyimizə olan çoxsaylı müraciətlərini nəzərə alaraq, Antalya Azərbaycan Kültür və Dayanışma Dərnəyinin Yönətimi bu kampanyaya qoşulmaq qərarı aldı.

Dərnək yönətiminin, üzvlərinin və yardımsevər həmyerlilərimizin səyləri nəticəsində az müddətə çox miqdarda yardım vasitələri, quru və konserv yeməklər, geyim əşyaları, uşaq bezləri, tibbi ləvazimatlar, gigiyenik vasitələr, uşaq yeməkləri, təmizlik vasitələri, ərzaq saxlama qabları və s. toplandı.

Dərnəyin sədr müavini Azər İsmayıl və Yönətim üzvləri, ilk yardım vasitələrini 31 iyul tarixində Antalya Muratpaşa Bələdiyəsinin Yardım Toplama Mərkəzinə təhvil verdilər.

İkinci yardım vasitələri dərnək sədri Ceyran Səttarova və dərnəyin fəal üzvü Sevinc Ələkbərovanın iştirakı ilə 2 Avqust tarixində  Antalya Böyükşəhər Bələdiyyəsinin Yardım Toplama Mərkəzinə təhvil verildi. Yardımlarımız davam edəcək. Azərbaycan Türkiyə qardaşlığı hər zaman və həryerdə özünü ən gözəl şəkildə göstərir. Türkiyə Cümhuriyyəti hər zaman Azərbaycanın yanında olduğu kimi, Azərbaycan da, hər zaman Türkiyənin yanındadır. Biz birliktə güclüyük.