Azər Süleymanov Saakaşvilinin partiyasını tərk etdi
Qonşu Gürcüstanda siyasi arenada maraqlı proseslər cərəyan etməkdədir.Bu ölkənin ali qanunverici orqanında azərbaycanlıları təmsil etmiş Azər Süleymanov illərdi üzvü olduğu Vahid Milli Hərəkatın sıralarından getdiyini bəyan edib.
Aktor.Az onun fikirlərini olduğu kimi təqdim edir:
Əziz həmvətənlilərim!
İllərdir ki ,hər çətin vəziyyətdə mənimlə birgə oldunuz, heç bir vaxt dəstəyinizi əsirgəmədiniz. Hər zaman qürur və iftixar mənbəyim oldunuz. Bunun üçün hər birinizə dərin minnətdarlığımı bildirirəm! Ola bilsin, bu illər ərzində sizlərə qarşı hansısa səhv bir addımım olub, buna görə sizlərdən üzr istəyirəm.
Mənim üçün asan olmasa da, mən bu gün çox çətin bir qərar verməli oluram. İllərdir siyasi yolda birlikdə olduğum Vahid Milli Hərəkat partiyasını tərk edirəm. Bundan sonra siyasi fəaliyyətimi müvəqqəti olaraq dayandırıram. Bu qərarın səbəbi partiyada olan bəzi insanların bizim xidmətlərimizi və siz seçicilərin fikirlərini layiqli şəkildə dəyərləndirməməyi oldu. Son bir ildə baş verən hadisələr bunun bariz nümunəsidir.
Mənim partiyada olan çoxlu sayda dostlarıma olan hörmətim naminə bəzi detalları açıqlamaq istəmirəm. Düşünürəm ki, bütün bunlara rəğmən VMH partiyasında öz fəaliyyətimi davam etdirməyim sizlərə qarşı haqsızlıq olar.
Hər birinizə təşəkkür edirəm!