Polisi döyən deputatın toxunulmazlığına xitam verildi – MM
Milli Məclisin İntizam komissiyasının bu gün keçirilən iclasında deputat Eldəniz Səlimov çıxış edib.Toplantıda deputat etdiyi əməli etiraf edərək həmkarlarından üzr istəyib.Sonda komissiyanın 11 üzvü Baş prokuror Kamran Əliyevin “Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında” parlamentə göndərdiyi təqdimatın lehinə səs veriblər. Bununla da komissiya deputat E.Səlimovun toxunulmazlığına xitam verilməsi barədə rəy qəbul edib.Məsələ müzakirələrdən sonra parlamentin sabah – avqustun 3-də keçiriləcək plenar iclasına tövsiyə olunub.