Azay Quliyev:”Paşinyan ölkəsini yeni fəlakətlərə sürükləyir” – FOTO
Millət vəkili Azay Quliyev Tvitter hesabında Ermənistanın baş nazir Nikol Paşinyanın son davranışlarına münasibət bildirib.
Aktor.Az parlament üzvünün fikirlərini olduğu kimi təqdim edir:
“Paşinyanın hazırkı davranışı müharibədən əvvəlkini xatırladır. Yenə də təhrikedici ritorika…İndi də iki dövlət arasında sərhədlərin delimitasiya məsələsinə BMT-ni və ATƏT-i cəlb etmək üçün Sorosun QHT-lərindən faydalanmağa çalışır. Bu adam ölkəsini yeni fəlakətlərə sürükləyir”.