Bakıda qadın “patı”dan dünyasını dəyişib
Ötən gecə Bakıda 24 yaşlı qadın yeni sintetik narkotikdən (patı) dünyasını dəyişib.Report xəbər verir ki, bunu paytaxtın baş toksikoloqu, dosent İsmayıl Əfəndiyev deyib.O bildirib ki, dünyasını dəyişən qadın iki uşaq anasıdır.İ.Əfəndiyev qeyd edib ki, son dövrlər ölkədə narkotik istifadəsinin strukturu dəyişib: “2010-cu illə müqayisədə keçən il üçün ölkədə psixostimulyatorların sayı 24 %-ə (2010-cu ildə 0,9 %) çatıb”.